RU

Cənubda təhlükəli vəziyyət – Viləş çayından güclü sel keçir

Cənub bölgəsində axşam saatlarında yağan intensiv yağışlardan sonra Viləş çayında suyun səviyyəsi kəskin artıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hazırda çaydan güclü sel keçir və suyun səviyyəsi təxminən 2 metrə qədər yüksəlib.

Məlumata görə, Viləşçay Su Anbarında da dolma müşahidə olunduğundan qəza çıxışları vasitəsilə suyun buraxılmasına başlanılıb.

Hazırda çay sahilinə yaxın ərazilərdə yaşayan sakinlərə ehtiyatlı olmaları, sel təhlükəsi olan ərazilərdən uzaq durmaları tövsiyə edilir.

Избранный
35
3
teleqraf.com

5Источники