Azərbaycan Avstriyada keçirilən “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.“aia.az” xəbər verir ki, ölkəmiz ən yüksək 12 xalı İtaliyaya verib.“Avroviziya”da Azərbaycanın səslərini 2012-ci ildə eyni müsabiqədə ölkəmizi təmsil edən Əməkdar artist Səbinə Babayeva elan edib.Ölkəmizdən digər xallar isə belə bölüşdürülüb:10 xal - Ukrayna8 xal - Serbiya7 xal - Xorvatiya6 xal - Albaniya5 xal - Bolqarıstan4 xal - İsrail3 xal - Rumıniya2 xal - Malta1 xal - ÇexiyaBir azdan 70-ci “Avroviziya” mahnı müsabiqəsinin qalibi məlum olacaq.Qeyd edək ki, Azərbaycan təmsilçisi Jiva isə finala vəsiqə qazana bilməyib.