RU

Hörmüz boğazındakı vəziyyət logistika xərclərini kəskin artırıb FT

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Hörmüz boğazının bağlanması səbəbindən Asiyadan Yaxın Şərqə yükdaşıma xərcləri tarixi rekorda imza ataraq 4 min dolları ötüb və 2021-ci ildəki COVID-19 pandemiyası dövrünün göstəricilərini geridə qoyub.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) nəşri məlumat yayıb.

"Clarksons Research" analitik şirkətinin məlumatına görə, Şanxay – Fars körfəzi – Qırmızı dəniz marşrutu üzrə standart 20 futluq konteynerin çatdırılma qiyməti regionda hərbi əməliyyatların başlamasından əvvəlki 980 dollardan 4 131 dollara yüksəlib. Bununla da 2021-ci ildə pandemiyanın pik nöqtəsində qeydə alınan 3 960 dollarlıq əvvəlki rekord yenilənib. Nəşr yazır ki, bu kəskin artım əsasən yanacaq xərclərinin çoxalması və şirkətlərin təcili olaraq quru yolu ilə alternativ daşıma imkanları axtarması ilə bağlıdır.

Yaranmış böhran fonunda böyük logistik güclər hərəkətə gətirilib. Region ölkələri, o cümlədən İraq, Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ Qırmızı dəniz və Oman körfəzindəki limanlardan quru yolu vasitəsilə daşımalara başlayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
avtosfer.az

2Источники