RU

Ömər Bulut: Türkiyə şəhərsalmada dayanıqlılıq modelini qlobal səviyyəyə çıxarır

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə olaraq biz təhlükəsiz, əlçatan və dayanıqlı mənzil siyasətlərini şəhərlərin gələcəyi, mədəni dəyərlər kontekstində qlobal model kimi təqdim edirik. 2023-cü ilin fevralında baş verən zəlzələlər şəhər dayanıqlılığına malik infrastrukturun seçim deyil, zərurət olduğunu açıq şəkildə göstərdi. Fəlakətdən sonra ölkəmiz tarixinin ən genişmiqyaslı yenidənqurma prosesinə başladı.

Moderator.az xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Ömər Bulut Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nazirlər səviyyəsində keçirilən dəyirmi masada səsləndirib.

"Bizim yanaşmamız yalnız dağılanı yenidən tikməkdən ibarət deyil. Məqsədimiz şəhərlərimizi daha dayanıqlı, davamlı, aşağıkarbonlu və iqlimə uyğun şəkildə gələcəyə hazırlamaqdır. Bu çərçivədə biz təhlükəsiz mənzil təminatı, güclü infrastruktur, enerji səmərəliliyi, təmiz enerji tətbiqləri və bərpaolunan enerjinin mənzil sektoruna inteqrasiyası istiqamətində işlərimizi davam etdiririk", - deyə nazir müavini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
5
moderator.az

6Источники