Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkə hesabında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı "AnewZ" telekanalının hazırladığı sənədli filmi paylaşıb.
Bakının şəhər təkamülü, infrastrukturu, yaşıl inkişafı və WUF13-ə hazırlığı haqqında xüsusi buraxılışda paytaxtın özünü müasir şəhərsalma və beynəlxalq dialoq üzrə qlobal mərkəz kimi necə mövqeləndirdiyini nümayiş etdirir.