WUF13 Bakıda rekord iştirakla keçirilir – FOTOREPORTAJ
Bu gün Bakı şəhərində WUF13-ün 13-cü sessiyasının rəsmi açılışı olub.1news.az xatırladır ki, bu genişmiqyaslı beynəlxalq platforma ənənəvi olaraq dünyanın aparıcı siyasi liderlərini, sahə üzrə mütəxəssisləri, tanınmış ekspertləri və jurnalistləri qlobal şəhərsalma ilə bağlı əsas çağırışları, tendensiyaları və perspektivləri müzakirə etmək üçün bir araya gətirir. İştirakçıların diqqət mərkəzində dayanıqlı şəhər inkişafı, “ağıllı” texnologiyaların şəhər mühitinə inteqrasiyası və əhali üçün daha rahat yaşayış şəraitinin yaradılması məsələləri dayanır. Bu il Bakı forumu açılış mərhələsində artıq genişmiqyaslılığı ilə seçilib. Tədbirə 182 ölkədən 40 mindən çox nümayəndənin qeydiyyatdan keçməsi WUF13 tarixində ən yüksək iştirak göstəricilərindən biri kimi qiymətləndirilir. Oxuculara forumun ilk günündən hazırlanmış fotoları təqdim edirik. Foto: Nadir İbrahimli