RU

UFC-də ilin revanşı: 13 ildən sonra yenidən üz-üzə olacaqlar

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor rəsmi olaraq oktaqona geri dönür. Tanınmış döyüşçü Las-Veqasda təşkil olunacaq "UFC 329" turnirində Maks Holloueylə qarşılaşacaq. Metbuat.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Dana Uayt məlumat yayıb.İrlandiyalı və amerikalı idmançılar üçün bu, karyeralarındakı ikinci qarşılaşma olacaq. Onlar daha əvvəl 2013-cü ildə "UFC Fight Night 26" turniri çərçivəsində üz-üzə gəliblər. Həmin vaxt hakimlərin yekdil qərarı ilə Makqreqor qələbə qazanıb.Düz 13 ildən sonra idmançılar yenidən revanş döyüşünə çıxacaqlar. Onlar iyulun 11-də Las-Veqasdakı "T-Mobile Arena"da qüvvələrini sınayacaqlar. Qarşılaşma yarımorta çəki dərəcəsində (77 kiloqrama qədər) baş tutacaq.Təcrübəli şoumen olan Konor artıq sosial şəbəkələrdə diqqəti özünə cəlb etməyə başlayıb. O, Holloueyin döyüşlə bağlı paylaşımına rəy yazaraq rəqibini hədələyib: "Səni yenidən hamının gülüş hədəfinə çevirəcəyəm, uşaq".

Amerikalı idmançının cavabı isə qısa olub: "Şənbə axşamı hər şeyi öyrənəcəyik".

Избранный
12
4
metbuat.az

5Источники