RU

"Hizbullah" bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib

"Hizbullah" hərəkatı 16 apreldən 17 maya qədər İsrail qüvvələrinə qarşı 339 əməliyyat keçirib.

"Report"un məlumatına görə, hərəkat bu bəyanatı özünün Telegram kanalında dərc edib.

Qeyd olunub ki, hücumlar atəşkəs rejiminin pozulmasına cavab olaraq həyata keçirilib. Hərəkat iddia edib ki, bu müddət ərzində 15 komanda məntəqəsi, üç kazarma, iki hərbi baza, yeddi artilleriya mövqeyi və bir vertolyot meydançası vurulub.

"Hizbullah" həmçinin 48 tank, 18 zirehli personal daşıyıcısı, 12 nəqliyyat vasitəsini idarə olunan raketlər və dronlarla tamamilə və ya qismən sıradan çıxarıb

Bəyanatda İsrail itkiləri ilə bağlı dəqiq məlumat verilməyib. Lakin "Hizbullah" ölən və yaralanan İsrail əsgərlərinin ümumi sayını təxminən 250 nəfər hesablayıb.

Избранный
108
far.az

1Источники