RU

Tramp İranı daha güclü zərbələrlə hədələyir

Yazını böyüt
Yazını kiçilt

İranla razılaşma əldə olunmazsa, ABŞ tərəfi İrana qarşı zərbələri yenilənmiş güclə davam etdirə bilər.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios”a verdiyi müsahibədə bildirib:

“Biz razılaşma əldə etmək istəyirik. Onlar hazırda istədiyimiz mövqedə deyillər. Ora çatmalıdırlar, əks halda onlara ağır zərbə vurulacaq və biz bunu istəmirik”.

O əlavə edib ki, əgər Tehran Vaşinqton üçün məqbul olan yeni təklif irəli sürməsə, İran “əvvəlkindən daha ağır” zərbə ilə üzləşə bilər.

Portalın məlumatına görə, ABŞ lideri İrana qarşı əlavə hərbi variantları müzakirə etmək üçün mayın 19-da milli təhlükəsizlik komandası ilə görüş keçirməyi planlaşdırır.

Избранный
3
2
hafta.az

3Источники