ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İranla bağlı mümkün növbəti addımları müzakirə edib.
Sitat.info CNN-ə istinadən xəbər verir ki, görüş ABŞ-ın Virciniya ştatında yerləşən Trampa məxsus qolf klubunda baş tutub və orada dövlət katibi JD Vance, CIA direktoru Con Retkliff və xüsusi nümayəndə Stiv Vitkoff iştirak edib.
Müzakirələrdə İranla bağlı siyasi və hərbi ssenarilərin qiymətləndirildiyi bildirilir.
CNN yazır ki, Trampın bu həftənin əvvəlində yenidən təhlükəsizlik komandası ilə görüş keçirməsi gözlənilir. Eyni zamanda Pentaqonun mümkün hərbi əməliyyatlar üçün hədəf planlarını hazırladığı qeyd olunur.
Siyahıya İranın enerji və infrastruktur obyektlərinin də daxil olduğu bildirilir. Vəziyyət ABŞ–İran xəttində gərginliyin artdığını göstərir.
Aytac,
Sitat.info