RU

Mahir Emreli ilə yollar ayrılır – Liberknext qərarını verib – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli bu yay Almaniyanın “Kayzerslautern” klubundan ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Belə ki, “Kayzerslautern”də gözlənilən heyət dəyişiklikləri fonunda Mahirin gələcəyi ilə də bağlı iddia irəli sürülüb. Bildirilir ki, komandanın baş məşqçisi Torsten Liberknext azərbaycanlı hücumçu ilə bağlı qərarını artıq verib. İddiaya görə, almaniyalı mütəxəssis Emrelini komandasında görmək istəmir. Bu səbəbdən 28 yaşlı futbolçunun özünə yeni klub axtarmasında problem olmadığı qeyd edilib.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu artıq geridə qalmış mövsümdə bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
17
8
arena.az

10Источники