RU

Baş məşqçi istefaya göndərildi – Nərimanın aqibəti necə olacaq?

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin şərəfini qoruduğu “Kolambus Kru” baş məşqçisi Henrik Ridströmü istefaya göndərib.

Msport.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Müvəqqəti olaraq Loran Kurtua baş məşqçi vəzifəsini yerinə yetirəcək. Bu dəyişiklikdən sonra Nərimanın da “Kolambus Kru”da gələcəyi dumanlı görünür. 24 yaşlı hücumçu məhz Ridströmün vaxtında komandaya cəlb olunmuşdu.

Qeyd edək ki, “Kolumbus Kru” 14 oyundan sonra Şərq Konfransında 13 xalla 15 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Избранный
33
2
msport.az

6Источники