RU

Pakistan BƏƏ dəki nüvə stansiyasına hücumu PİSLƏDİ

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pakistan Birləşmiş Ərəb Əmirliklərində yerləşən Barakah nüvə stansiyasına pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumu kəskin şəkildə pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, nüvə obyektlərinin qəsdən hədəfə alınması beynəlxalq hüququn və nüvə təhlükəsizliyi prinsiplərinin ciddi şəkildə pozulması hesab olunur.

“Nüvə qurğuları heç bir halda hədəfə alınmamalıdır”, - deyə Pakistan XİN vurğulayıb.

Rəsmi İslamabad həmçinin bildirib ki, Pakistan bu məsələdə Birləşmiş Ərəb Əmirlikləri ilə tam həmrəydir və regionda sabitliklə təhlükəsizliyin qorunmasını dəstəkləyir.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
redaktor.az

2Источники