RU

Trabzon və Şuşa şəhərləri qardaşlaşacaq

Türkiyənin Trabzon şəhəri ilə Azərbaycanın simvol şəhəri sayılan Şuşa qardaşlaşacaq.
ONN media xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Mətin Gənc məlumat verib.
O qeyd edib ki, bununla bağlı mayın 19-da iki şəhər arasında protokol imzalanacaq.
Bundan başqa, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) qatılan Əhməd Mətin Gənc çıxışında yaşayış hüququ ilə iqlim böhranının bir-birindən ayrı düşünülə bilməyəcəyini vurğulayıb.
Bələdiyyə sədri Trabzon nümunəsi misalında mənzillərin enerji istehlakı və karbon emissiyasına təsirinə diqqət çəkərək, dayanıqlı şəhərlər üçün aşağı karbonlu, fəlakətlərə davamlı və sosial ədaləti gücləndirən şəhər siyasətlərinin vacibliyinə işarə edib.

Избранный
3
8
onn.az

9Источники