ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çində aprel ayında iqtisadi artım demək olar ki, bütün istiqamətlər üzrə kəskin zəifləyib, sənaye istehsalı son üç ilin ən aşağı səviyyəsinə enib, pərakəndə satışlar isə demək olar dayanıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, ölkədə investisiyalar yenidən mənfi zonaya keçib. Daxili tələbatın azalması fonunda avtomobil satışları 15 faiz geriləyib. Bununla yanaşı, mebel, məişət texnikası və zinət əşyalarına tələbatın da azaldığı bildirilir.
Buna baxmayaraq, ixrac və süni intellekt sahəsindəki artım elektronika və elektromobil istehsalını müəyyən qədər dəstəkləməyə davam edir.
Analitiklər hesab edirlər ki, yeni iqtisadi stimullar olmadan Pekin hökumətinin 2026-cı il üçün müəyyən etdiyi 4,5-5 faiz iqtisadi artım hədəfinə çatması çətin olacaq.
Nomura, Goldman Sachs və HSBCnin analitikləri Çin iqtisadiyyatında zəifləmənin davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.