RU

Mərakeş dağlarında dumanı suya çevirən torlar qadınların həyatını necə dəyişib?

Mərakeşin dağlıq bölgəsində dumanı tutaraq içməli suya çevirən sistem qadınların gündəlik həyatını köklü şəkildə dəyişib. İllərboyu ölkənin cənub-qərbindəki Ait-Baamran bölgəsində qadınlar hər gün saatlarla quyuya gedərək təxminən 22,5 kq çəkidə su qablarını başlarında daşımalı olurdular. Bu, onların gününün böyük hissəsini alır, qızların isə məktəbə getməsinə mane olurdu...

 

Poliqon xəbər verir ki, lakin Butmezqida dağının yamaclarında iri polimer torların quraşdırılması ilə vəziyyət dəyişib. Layihə 2026-cı ilin mayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində təqdim olunub. Bu barədə Daily Galaxy yazıb.

Sistem necə işləyir?

Dəniz səviyyəsindən təxminən 1200 metr yüksəklikdə yerləşən metal dayaqlar üzərində asılmış bu torlar Antiatlas dağ silsiləsi boyunca hərəkət edən dumanı tutur. Toplanan nəm suya çevrilir, çənlərə yığılır və boru xətləri vasitəsilə 10 kilometrdən uzaqda yerləşən kəndlərə çatdırılır.

Məlumata görə, bu torlar 24 saat ərzində hər kvadrat metrə təxminən 65 litr su toplaya bilir.

Sistem nəticəsində su birbaşa evlərə çatdırılır. Əvvəllər su daşımaq üçün saatlarla yol gedən qadınlar üçün bu, gündəlik həyatın tam dəyişməsi deməkdir. Nəticədə qızların məktəbə davamiyyəti də artıb.

Bununla belə, bəzi sosial dəyişikliklər də yaranıb: su daşıma məsuliyyətini itirən qadınların ailə daxilindəki rolunun zəiflədiyi qeyd olunur. Eyni zamanda, onlara su idarəçiliyi və əsas savadlılıq üzrə təlimlər verilir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, bir insanın sağlam həyat üçün gündə təxminən 75 litr suya ehtiyacı var. Kiçik bir belə sistem bir kəndin tələbatını qarşılaya bilir.

Afrikada qadınlar hər il təxminən 40 milyard saatını su daşımağa sərf edir. Mərakeşdəki boru və toplama sistemi bu yükü xeyli azaldır.

Lakin dumanla su yığılması universal həll deyil: bu üsul sabit duman, xüsusi relyef və yüksək dağlıq ərazilər tələb edir. Buna görə bəzi quraq bölgələrdə alternativlər, məsələn, duzsuzlaşdırma layihələri daha aktualdır.

Poliqon.info

Избранный
19
poliqon.info

1Источники