RU

Türk modeldən etiraf: Mənə autizm diaqnozu qoyulmuşdu

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Türk model Didem Soydan uşaqlıq dövründə ona "maskalanmış autizm" diaqnozu qoyulduğunu açıqlayıb.Demokrat.az xəbər verir ki, o, bu barədə "Umut Ceylan ile No Filter" proqramında danışıb."Autizm spektrumunda olan bir fərd kimi həyatımı davam etdirdim. Yüksək emosional vəziyyətim və hiperaktivliyim səbəbindən bəzi müşahidələr aparıldı", deyə model bildirib.Didem Soydan həmin dövrdə yaşanan prosesin özü və ailəsi üzərindəki təsirlərindən danışıb. Soydan uşaqlıq illərində nümayiş etdirdiyi fərqli davranışlar və emosional vəziyyətlər səbəbindən ailəsi tərəfindən mütəxəssislərə aparıldığını açıqlayıb. O, "maskalanmış autizm" kimi qiymətləndirilən spektr diaqnozunun həyatında mühüm təsirlər yaratdığını bildirib:"Autizm spektrumunda olan bir fərd kimi həyatımı davam etdirdim. Yüksək emosional vəziyyətim və hiperaktivliyim səbəbindən bəzi müşahidələr aparıldı. Ailəm məni İstanbul Universitetində psixiatriya sahəsində çalışan bir mütəxəssis tərəfindən qiymətləndirilən prosesə yönləndirdi. Orada aparılan araşdırmalar nəticəsində mənə autizm spektrumunda diaqnoz qoyuldu. 1987-ci ildə bu anlayışlar ailələr və təhsil işçiləri üçün olduqca çətin və naməlum mövzular idi. Mən də təhsil həyatımda bunun çətinliklərini yaşadım, amma bir şəkildə yolumuzu tapdıq".Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
demokrat.az

1Источники