RU

İqor Sergeyenko: Belarus mütəxəssisləri Ağdamda müasir aqroşəhərcik inşa edirlər

BAKI, 18 may. TELEQRAF

Belarus mütəxəssisləri Ağdam rayonunun Xan Qarvənd kəndində müasir aqroşəhərciyin layihələndirilməsi və inşası işlərində yaxından iştirak edirlər.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) rəsmi açılış mərasimində bildirib.

İ.Sergeyenko sülh şəraiti olmadan dayanıqlı inkişafın qeyri-mümkün olduğunu vurğulayaraq, Belarus və Azərbaycan arasındakı infrastruktur tərəfdaşlığını buna regional nümunə kimi göstərib:

“İki ölkə rəhbərinin təşəbbüsü ilə Belarus mütəxəssisləri Ağdam rayonunun Xan Qarvənd kəndində müasir aqroşəhərciyin layihələndirilməsi və inşası işlərində yaxından iştirak edirlər”.

Belarus rəsmisi qeyd edib ki, bu birgə layihə bölgəyə qayıdan çoxsaylı azərbaycanlının həyat şəraitinin yaxşılaşmasına birbaşa töhfə verəcək.

Избранный
22
1
teleqraf.com

2Источники