Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa qonaqpərvərliyə və səmimi qarşılanmaya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Publika.az xəbər verir ki, vitse-prezident bu barədə Ümumdünya Şəhərsalma Forumu (WUF) tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı danışıb.
O bildirib ki, Azərbaycanın timsalında WUF qlobal əhəmiyyət daşıyan platformaya çevrilir:
"Dünya liderlərinə və hökumət başçılarına bu məsələyə göstərdikləri diqqətə görə təşəkkür edirəm. Hər kəs üçün dayanıqlı yaşayış məskənlərinin yaradılması istiqamətində bu Forumun inkişaf etdirilməsi, siyasi iradənin və praktiki strategiyaların gücləndirilməsi vacibdir. Biz birlikdə həll yolları tapmalıyıq. Çünki bu gün dünyada 3 milyard insanın yaşayış evi yoxdur".
Vitse-prezident əlavə edib ki, Zimbabve hökuməti mənzil təminatına sığınacaqdan daha çox əsas insan hüququ kimi baxır.