RU

“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı

 Ajans.az xəbər verir ki, Ümraniyə şəhərində yerləşən Nevzat Dəmir Təsislərində klub prezidenti Serdal Adalı, futbol komitəsinin üzvü Melih Aydoğdu, vitse-prezident Murat Kılıç və Sergen Yalçın arasında görüş keçirilib. Toplantı zamanı 53 yaşlı mütəxəssis istefa vermək istədiyini bildirib və rəhbərlik bu qərarı qəbul edib. Yalçınla yanaşı, onunla birlikdə çalışan idman koordinatoru Serkan Reçberlə də əməkdaşlığa xitam verilib.

Qeyd edək ki, “Beşiktaş”dakı ikinci dönəmini başa vuran Sergen Yalçın komandanın başında keçirdiyi 39 oyunda 20 qələbə, 10 heç-heçə və 9 məğlubiyyətlə yadda qalıb.

Избранный
9
2
Ajans.az

3Источники