RU

Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi

Türkiyənin Antalya şəhərində Avropa Kamandan Oxatma Federasiyasının (World Archery Europe) 20-ci Konqresi keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə 38 ölkənin nümayəndələri iştirak edib, kamandan oxatmanın inkişafı və federasiyanın yeni rəhbərliyinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Konqresdə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov Federasiyanın İnkişaf və Texniki Komitəsinin üzvü seçilib. O, ilk turda tələb olunan səs sayını toplayaraq Federasiyanın rəsmi komitəsinə seçilən ilk azərbaycanlı nümayəndə kimi tarixə düşüb.

Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, Türkiyə təmsilçisi Hakan Çakıroğlu Avropa Kamandan Oxatma Federasiyasının yeni prezidenti seçilib.

Bakıda keçiriləcək SportAccord Konvensiyasının yeni tarixi açıqlanıb

Cəfərova Dünya Kubokunun finalında

Azərbaycan kapoeyraçılarından Münhendə üç medal

Azərbaycanda keçiriləcək yarışın tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur

Velosipedçimiz Özbəkistanda 4-cü olub

Избранный
31
1
apasport.az

2Источники