RU

Məryəm Nəvaz Şərif: Bakı transformasiya və təkamülün təcəssümüdür

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakı şəhərində keçirilməsi olduqca rəmzidir. Çünki Bakı müasir urban infrastruktur və qlobal rabitənin təzahürüdür. Bakının tarixi İçərişəhəri sivilizasiyalararası əlaqələri əks etdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13-ün Liderlər Sammitində Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif deyib.

O, tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident İlham Əliyeva təşəkkürünü bildirib: “Prezident İlham Əliyevin çıxışını dinləmək çox ruhlandırıcı idi. Dayanıqlı inkişaf və dayanıqlı şəhərlər haqqında maraqlı fikirlərini paylaşdı. Onun liderliyi Bakını və Azərbaycanı dəyişir, Azərbaycan qlobal səviyyədə əlaqələrə malik, çevik bir məkana çevrilir. Bakı dayanıqlılıq, transformasiya və təkamülün təcəssümüdür”,- deyə Pəncab əyalətinin Baş naziri vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
azertag.az

2Источники