RU

Kir Starmer istefa çağırışlarına cavab verib

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa çağırışları fonunda vəzifəsini tərk etməyəcəyini növbəti dəfə bəyan edib.

Moderator.az bu barədə "RIA Novosti" agentliyinə istinadən xəbər verir.

"Mən artıq dəfələrlə postumdan getmək fikrində olmadığımı bildirmişəm", - deyə hökumət başçısı qeyd edib. Starmer, həmçinin növbəti seçkidə də iştirak etmək niyyətində olduğunu əlavə edib.

Qeyd edək ki, fevralın 11-də "Politico" qəzetinin dərc etdiyi sosioloji sorğunun nəticələrinə əsasən, Böyük Britaniya sakinlərinin əksəriyyəti (52 faizi) hazırkı baş nazirin istefa verməli olduğunu düşünür. Respondentlərin daha 19 faizi isə hesab edir ki, Starmer postunda qalmalı, lakin onun müşavirləri işdən azad edilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
2
moderator.az

3Источники