RU

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işləri yekunlaşdı

 

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işləri yekunlaşdı

Sitat.info xəbər verir ki, mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib.

Bununla bağlı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən Koordinasiya Şurasının 41-ci iclasının protokolu imzalanıb.

Sənədə əsasən, Marabda–Türkiyə sərhədi (Kartsaxi) istiqamətində aparılan reabilitasiya, rekonstruksiya və tikinti işlərinin tam başa çatdığı rəsmən təsdiq olunub.

Eyni zamanda BTQ xəttinin idarə olunması məqsədilə ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin yaratdığı “BTKI Railways” MMC birgə müəssisəsi fəaliyyətə başlayıb.

Layihə çərçivəsində Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissədə modernləşdirmə işləri aparılıb. İşlərə 13 stansiya, 55 körpü, 8 yarımstansiya və yüzlərlə mühəndis qurğusu daxildir. Görülən işlər nəticəsində BTQ xəttinin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib.

Modernləşdirmənin əsas məqsədi BTQ xəttini Orta Dəhlizin əsas yükdaşıma marşrutlarından birinə çevirmək və Şərq–Qərb ticarət əlaqələrini daha da gücləndirməkdir.

 

Избранный
19
sitat.info

1Источники