RU

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

Mayın 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak məqsədilə ölkəmizə səfər edən Suriyanın ictimai işlər və mənzil inşaatı naziri , Dəməşq şəhərinin qubernatoru və Ruandanın paytaxtı Kiqali şəhərinin meri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib.

Bildirilib ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

Suriya tərəfi “ASAN xidmət” təcrübəsinin qısa müddət ərzində ölkələrində tətbiqində maraqlı olduğunu və bu istiqamətdə Azərbaycan tərəfinin dəstəyini xahiş edib.

Ruanda tərəfi ilə görüş zamanı isə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyəti vurğulanıb.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Избранный
2
3
azerbaijan-news.az

4Источники