RU

Bu içki marketlərdən yığışdırılır Tərkibində spirt aşkarlandı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Alkoqolsuz içki adı altında satılan bəzi içkilərin tərkibində spirt aşkarlanması etiraz doğurub.Demokrat.az xəbər verir ki, Almaniyada tanınmış zavod istehsalatda texniki səhv edərək spirtli içkiləri səhvən ziyansız və alkoqolsuz etiketlə satıb, indi isə həmin malları mağazalardan geri yığır."Kulmbacher Brauerei AG" şirkəti etiketlənmədə ciddi xətaya yol verildiyini təsdiqləyərək həmin məhsulların ticarət şəbəkələrindən dərhal geri çağırıldığını elan edib. Alıcıların müraciətləri əsasında gerçəkləşən yoxlamalar zamanı təmiz içki kimi təqdim olunan mayenin tərkibində spirt elementləri qeydə alınıb.Mövcud vəziyyət xüsusilə azyaşlılar, hamilələr və səhhətinə görə spirtdən uzaq durmalı olan şəxslər üçün real risk mənbəyi hesab edilir. Müəssisə rəhbərliyi nasazlığın qablaşdırma və istehsalat zəncirindəki texniki yanlışlıqdan qaynaqlandığını etiraf edib.Hazırda zay məhsulların piştaxtalardan kənarlaşdırılması və əhalidən toplanması prosesinə başlanılıb. İstehlakçılara rəsmi partiya nömrələrinə mütləq nəzər yetirmək və şübhə doğuran qutulardan imtina etmək barədə çağırış edilib.Hadisənin təfərrüatları araşdırılır.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
2
demokrat.az

3Источники