ABŞ-a məxsus onlarla yanacaqdaşıyan hərbi təyyarənin ilin sonuna qədər İsraildə qalacağı bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail tərəfi ABŞ-dən Ben-Qurion hava limanında yerləşdirilmiş təyyarələrin ən azı ilin sonunadək ölkədə qalacağı barədə mesaj alıb.
Bildirilir ki, söhbət hazırda İsrail ərazisində bazalanan onlarla hava yanacaqdaşıyan təyyarədən gedir.
Musavat.com