RU

ABŞ-də məsciddə atışma ABŞ-də məsciddə baş verən atışmada azı 5 nəfər ölüb YENİLƏNİB

Vaşinqton, 19 may, AZƏRTAC

San-Dieqoda məsciddə baş vermiş atışmada azı 5 nəfər həyatını itirib.

AZƏRTAC-ın məlumatına görə, Federal Təhqiqatlar Bürosu 2 yeniyetmə şübhəlinin öldüyünü təsdiqləyib. Onların öz silahlarından açdıqları atəş nəticəsində öldüyü bildirilir.

Rəsmilər, həmçinin hücumda azı 3 nəfərin öldürüldüyünü açıqlayıblar.

Ağ Ev hadisə ilə bağlı Prezident Donald Trampın məlumatlandırıldığını bildirib.

00:24

ABŞ-nin San-Dieqo əyalətində məsciddə atışma baş verib.

AZƏRTAC-ın məlumatına görə, hadisə zamanı bir nəfərin öldüyü bildirilir. San-Dieqo Polis Departamenti vəziyyətin tam nəzarət altına alındığını açıqlayıb.

İnsanlar hadisə yerindən təxliyə edilib. Hadisənin detalları açıqlanmayıb. Əhaliyə ərazidən uzaq durmaq tövsiyə olunub.

Hadisə baş verən yer San-Dieqo əyalətinin ən böyük məscididir.

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Избранный
123
4
azertag.az

10Источники