RU

Fillər dalaşdı, turist öldü Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hindistanın məşhur Dubare safari düşərgəsində fil çimizdirmə attraksionu zamanı faciə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində Çennay şəhərindən olan 33 yaşlı turist qadın həyatını itirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, çayda keçirilən çimizdirmə seansı zamanı iki fil qəfil aqressiv davranaraq, bir-biri ilə döyüşməyə başlayıb. Bildirilir ki, fillərdən biri digərini dişi ilə vurub, nəticədə heyvan tarazlığını itirərək qadının üzərinə yıxılıb.

Ağır xəsarətlər alan turist dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidlərinin sözlərinə görə, mahoutlar qəzəblənmiş heyvanları nəzarətə almağa çalışarkən turistlər arasında böyük təşviş yaranıb. Məlumata əsasən, qadının əri baş verən qarışıqlıq zamanı uşağını xilas edə bilib.

Hadisə bir daha turist təhlükəsizliyi ilə yanaşı, fil düşərgələrinin fəaliyyəti və bu cür attraksionların etik tərəfləri ilə bağlı müzakirələri gündəmə gətirib.

Heyvan hüquqları müdafiəçiləri uzun illərdir ki, fil düşərgələrini heyvanların stresli şəraitdə saxlanılması, sərt təlim metodları və əyləncə məqsədilə istismar edilməsi səbəbindən tənqid edirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
68
qafqazinfo.az

1Источники