İran öz qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək və ABŞ ilə dialoq təslim olmaq anlamına gəlmir.
Publika.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian "X"də bildirib.
“Dialoq təslim olmaq demək deyil. İran heç vaxt xalqın və ölkənin qanuni hüquqlarından geri çəkilməyəcək. Biz xalqa xidmət edəcək, İranın maraqlarını və ləyaqətini bütün gücümüzlə müdafiə edəcəyik”, – deyə Pezeşkian paylaşımda qeyd edib.