RU

Belə havalarda iş dayandırılır, işçiyə maaş da ödənilir - AÇIQLAMA

Hava şəraiti iş prosesinə birbaşa təsir edən əsas amillərdən biridir və xüsusilə açıq sahədə çalışan işçilər üçün risklərin artmasına səbəb ola bilər. Qanunvericilik bu halları nəzərə alaraq, müəyyən temperatur və külək şəraitində işin dayandırılması və ya fasilələrin verilməsi qaydasını müəyyən edib.

Bəs hansı hava şəraitində işə getməmək olar və bu məsələ Azərbaycan qanunvericiliyində necə tənzimlənir?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı vəkil Emil Aslanov “demokrat.az”a bildirib ki, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, eləcə də ilin soyuq dövründə qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır:
 

"Eyni qayda ilə hava temperaturu 41 dərəcə selsidən yüksək olan isti və açıq şəraitli iş yerlərində, həmçinin ilin soyuq vaxtında temperatur müsbət 14 dərəcə selsidən aşağı olduqda örtülü, lakin isidilməyən binalarda çalışan işçilərə fasilələr verilir və iş dayandırılır".


Vəkil deyib ki, fasilələrin verilməsi və işin dayandırılması üçün əsas hesab edilən hava temperaturu və küləyin gücü bu Məcəllənin ikinci əlavəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir:

"Verilən fasilələr iş vaxtına daxil edilir və həmin müddət üçün əməkhaqqı işçilərin tarif maaşına uyğun şəkildə ödənilir. İş dayandırıldığı hallarda isə boşdayanma vaxtı işçinin təqsiri olmadan baş vermiş boşdayanma kimi qiymətləndirilir və ödəniş tarif maaşının üçdə iki hissəsindən az olmamaq şərti ilə həyata keçirilir".

Vəkil bildirib ki, fasilələrin verilməsi və işin dayandırılması üçün əsas hesab edilən hava temperaturu və küləyin gücü Əmək Məcəlləsinin ikinci əlavəsində nəzərdə tutulmuş qaydalarla tənzimlənir. Verilən fasilələr iş vaxtına daxil edilir və həmin müddət üçün əməkhaqqı işçilərin tarif maaşına uyğun şəkildə ödənilir. İş dayandırıldığı hallarda isə boşdayanma vaxtı işçinin təqsiri olmadan baş vermiş proses kimi qiymətləndirilir və ödəniş tarif maaşının üçdə iki hissəsindən az olmamaq şərti ilə həyata keçirilir.
 

İşəgötürənlər nəzərə almalıdırlar ki, hava şəraitinin pisləşməsi ilə bağlı qərarlar yerli hidrometeorologiya xidmətinin rəsmi məlumatları əsasında qəbul edilməlidir. Əmək mühafizəsi qaydalarının pozulması və kəskin havada işçilərin həyatının təhlükəyə atılması qanunla ciddi məsuliyyət yaradır. İşçilər isə öz növbəsində hüquqlarını bilməli və həyati təhlükə yarandığı hallarda müvafiq dövlət qurumlarına müraciət etməkdən çəkinməməlidirlər.


Yəni, qanunvericiliyə görə, hava həddindən artıq isti (41 dərəcədən çox), çox soyuq və ya şiddətli küləkli olduqda, işəgötürən açıq havada və ya qızdırılmayan anbarda işləyən şəxslərə istirahət verməli və ya işi dayandırmalıdır. Bu müddətdə işçinin maaşı kəsilmir və ya ən azı üçdə iki hissəsi mütləq ödənilir.

Bizim.Media

Избранный
72
bizim.media

1Источники