Litva ballistik və qanadlı raketlərdən müdafiə üçün uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin çatışmadığını bəyan edib.
Bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, ölkə yaxın və orta mənzilli HHM sistemlərinə investisiya yatırsa da, uzaqmənzilli raketlərə qarşı müdafiə imkanları yetərli deyil.
Budris bildirib ki, NATO müttəfiqləri rotasiya prinsipi ilə müəyyən sistemlər təqdim etsələr də, bu kifayət etmir.
Litva, NATO, HHM, raket, təhlükəsizlik, KestutisBudris