RU

Rusiyada keçmiş deputat ömürlük həbsə məhkum edildi

Rusiya Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyev Rusiyada ömürlük həbs cəzasına məhkum edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsi hökm verib.
 
Keçmiş parlamentarinin özü və onun qardaşı - Mahaçqala dəniz ticarət limanının eks-baş direktoru və Dağıstan parlamentinin eks-deputatı Əhməd Hacıyev iki nəfərin qətlinin təşkilində və xüsusilə külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli biliniblər.
 
Mətbuat xidmətinin relizində bildirilir ki, 2011-ci ildə Maqomed Hacıyev vasitəçilər vasitəsilə İlahiyyat İnstitutunun rektoru Maqsud Sadıkovun qətlini təşkil edib, rektor və onun qardaşı oğlu Mahaçqalada evlərinin həyətində killerlər tərəfindən güllələnib.
 
Həmçinin, Hacıyev qardaşları "Sudoremont" QSC-nin nəzarət səhm paketinə sahib olmaq qərarına gəliblər və müəssisənin faktiki sahibini hədələyərək, səhmlərin 52%-ni saxta şəxslərin adına keçirməyə məcbur ediblər. Reyderlik yolu ilə ələ keçirmə nəticəsində dəymiş ziyan 93 milyon rubldan çox (2 milyon manatdan çox - red.) qiymətləndirilir. Hər iki qardaş istintaqdan qaçaraq ölkəni tərk edib və beynəlxalq axtarışa veriliblər.
 
Maqomed Hacıyev qiyabi olaraq xüsusi rejimli koloniyada cəza çəkməklə ömürlük həbsə və 900 min rubl (təqribən 21 min manat - red.) məbləğində cəriməyə məhkum edilib.
 
Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinən Əhməd Hacıyev isə 900 min rubl cərimə olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Избранный
19
1
moderator.az

2Источники