Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
V Yazı
MartSoyqırımı 30 mart-2 aprel 1918-ci il
Amazaspın və köməkçisi Nikolayın Qubasoyqırımı
Bundan başqa öldürülmüşdü. Molla Şahbaz,oğlu ilə birlikdə usta Məhəmməd Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmmədəli oğlu, Səibə Səfərəli, Məşədi Talıb oğlu və başqaları.Bundan başqatəhqiramiz hadisələr olurdu. Məsələn Amazaspın əsgərləri hörmətli ağsaqqallara müsəlman qadınlarını onların yanına gətirmələrini əmr edirdilər.Bu cür əmrləri yerinə yetirməkdən imtina etdiklərinə görə Əlipaşa Kərbəlayı Məhərrəm oğlu öz oğlu ilə birlikdə öldürülmüşdü. Oğulu atasının gözləri qabağında süngü ilə deşik-deşik edərək,ğözlərini çıxarmış, üzünü və qarnını cırmışdılar. Ümumiyyətlə iki min nəfərə yaxın kişi, qadın və uşaq öldürülmüşdü. Ermənilər adları qohumları tərəfindən gizli saxlanılan yüz nəfərə qədər qadın və qız zorlamışdılar. Müsəlmanlarınəmlakı oğurlanırdı. İctimai xadimlərin hesablamalarına görə Amazaspın dəstəsi Quba şəhərindən dörd milyon nəğd pul,dörd milyon yarımlıq qızıl və qızıl əşyaları və daş-qaş, 25 milyon manatlıq ərzaq və digər məhsullar qarət etmişdi.Bundan başqa, Quba şəhərində yüz beş ev, müxtəlif tikililər yandırılmışdı. Evlərİbrahim bəy Şıxlarskiyə, Məşədi Əli Hüseynova, Orucəli Əhmədova, Bəkir Mehrəliyevə, SəttarMəmmədyarova, HidayətƏmirbəyova, Qafar Orucova, Əli bəyZizikskiyə, RəcəbOrucova vəbaşqalarına məxsus idi. Müsəlman idarələri yerləşən binalar da yandırılmışdı.Yanğınlar nəticəsində evlərin və idarələrin sahiblərinə yüz milyon manatlıq zərər dəymişdi. Amazaspındəstəsi Qubaya gələrkən dəmir yolunun hər iki tərəfindəki müsəlman kəndlərinə də hücumlar edir, evləri yandırır, dağıdır, əmlakını oğurlayır, qaçmağa macal tapmayan sakinləri qəddarcasına öldürürdü.
Bəzi kəndlərin əhalisi ermənilərin qarşısıına ağ bayraqla çıxırdı...Ermənilər onlarla heç bir danışıq aparmır, hamısını öldürür, kəndləri yandırırdılar. Məsələn,belə bir hadisə Əlixanlıda da olmuşdu. Amazaspsın və Nikolayın əsgərləri yanlarına danışığa gəlmiş starşina Mirzə Məmməd Dadaş oğlu vəGülhüseyn Məhərrəm oğlunu öldürmüşdülər. Dəvəçibazar vəQızılburun kəndlərindən 15 nəfəriağsaqqalın gətirdiyi duz-çörəyə əhəmiyyət verməyərək Amazaspın dəstəsi onları qətlə yetirmişdi. Amazasp və onun dəstəsi müsəlmanların dini hisslərinə də təcavüz edirdilər: onlar tərəfindən çoxlu məscid və Quran yandırılmışdı.Aydınlaşdırıldığına görə,bolşevik –daşnak quldur dəstəsi Quba qəzasında 122 müsəlman kəndini yandırıb və dağıdıb.Bu kəndlər dağıdılarkən 60 nəfər kişi, qadın və uşaq öldürülmüşdü.53kişi yaralanmışdı. Evlərin, ictimai binaların, müxtəlif tikililərin dağdılması və yandırılması, mal-heyvanın oğurlanması ilə məşqul olan quldur dəstəsi adlarıçəkilən kəndlərin sakinlərinə 58121059 manatlıq zərər vurmuşdu. Gelovaninin də ifadələrindən göründüyü kimi, Amazaspın dəstəsi Qubaya Şaumyan tərəfindən cəza məqsədilə göndərilibmiş. O vaxtkı hərbi komissar Karqanovun yaratdığı və üzvlərinin sayı təxminən iki min nəfər olanbu dəstə demək olar ki, bütünlüklə “daşnaksütyun” və “bolşevik” ünsürlərdən ibarət idi. Dəstənin rəhbəri daşnaksütyun Amazasp, komissarları isəbolşevikNikolayvəbolşevik Venunts adlı bir nəfər təyin edilibmiş.”Cəza dəstəsi” adlandırılanbubu quldur yığınağı heç bir siyasi məqsədə xidmət etmirmiş.Bu faktı qubalılar qarşısında çıxış edərkən Amazsp özü də dəfələrlə təsdiqləmişdi: ”Mən “cəza dəstəsilə” bura (Quba şəhərinə) ona görə göndərilmişəm ki, iki həftə əvvəl öldürülmüş ermənilərinqisasını alım. Mən bura Sovet hakimiyyəti qurmağa,ya da qayda-qanun yaratmağa gəlməmişəm.Mənə bolşeviklər tərəfindən əmr edilmişdi ki, dənizin (Xəzər dənizi) sahillərindən Şah dağa qədər müsəlmanları məhv, evlərini yerlə yeksan edim.Biz... Ancaq mənim sizə rəhmim gəldi və əmrin icrasını dayandırdım”.
“Cəza dəstəsin”ndə Amazasp köməkçisi Nikolay, Venunts və digər quldurlardan başqa Quba şəhərinin bir çox keçmiş erməni sakinləri də vardı. Onlar da soyqırımın törədilməsində iştirak etmişdi.Həmin şəxslər bunlardır: Arutyun Ayrapetov, dəllək Cavad (milliyyəti erməni), Arutyunov,Əmircanovun qohmları və özü, dükançı Məlikov,Vartan, Qriqorinin Qubada evi olan oğlu Mirzəcanın nəvəsi Arutyun, dəyirman sahibi Vartan oğlu Avakov, Arutyun Baba oğlu, Aleksandr Mukasyants, Tatevos Yaqub oğlu, Babacan oğulları ilə və Arutyun Karapet iki oğlu və qohumları ilə.Bu quldurlar aşağıda adları çəkilən zərərində Quba sakinlərini talamışdılar: şəhər başçısı Əlibəyov, Hacı İsmayıl Orucov, Hacı Hidayət Musayev, Məşədi İbad Bağırov, Məmmədmusa Məmmədəli oğlu, Kərbəlayı Abuzər Məstan oğlu, Məşədi Hüseynqulu Bağırov, Məşədi Həmdulla Əliyev, Şükür Turab oğlu, Məşədi Molla Yusif xan, Hacı Əhməd Əlimurad oğlu və Molla Hacıbaba Axundzadə.
Yuxarıda təsvir edilənlər adları çəkilmiş zərər görənlərdən başqa bu sakinlər də zərər çəkənlər kimi də təsdiq edilib: Məmmədəli Kərbəlayı, İrzaqulu oğlu, Məşədi Hüseynqulu Sultanov, Məşədi Sultan Əsgərov, Məşədi Hacıağa Kərbəlayı Əhmədoğlu, Mirələkbər Mirməmməd oğlu, DurnaMəşədi Talıb qızı, Kərbəlayı Paşa Turab oğlu, İsmayıl Kərbəlayı Məmmədtağı oğlu, Zəhra Yusifqızı, Molla Şıxhüseyn Axundzadə, starşinalar-Dəvəçikənddən Şaban Sərdar oğlu, Sədandan Dadaş Musa oğlu, Əlixanlıdan Nəcməddin İsmayıl oğlu, Siyəzəndən- Baləmi Zülfüqar oğlu,Boyatdan-Dilal Məşədi Məmmədbağır oğlu, Ceydən-İsrafil Məmməd oğlu, Qaraqurtlu kəndindən-Şeyda Şıxəli oğlu, Nərəcandan-Xamməd Barat oğlu, Aşağı Buduqdan-Məstan Nəsir oğlu, Avarandan- Hacı Şeyda Nəzər oğlu, Nükədidən-Rüstəm Fileydan oğlu, Mahucdan-Rza Səfərəli oğlu, Amsardan-Hacıyev Mustafa oğlu, Qiblə Qrız kəndinin mollası Molla Sreyfəddin Hidayət oğlu, Seyidlər kəndinin sakini Hacı Səid Abdulxaliq Hacı Səid oğlu, Şollar kəndinin sakini Rəsul Xamməd oğlu, mülkədar Həsən bəy Şıxlinski, Süsay kəndinin sakini Ulubəy Xeyirbəy oğlu, Nərəcan kəndinin sakini İbrahim Zahidov, Mahuckəndinin sakinləri Murad Rəsul oğlu və Fətulla Cəfər oğlu, Digah kəndinin sakini Ömər Şıxkərim oğlu, Alpan kəndindən mülkədar Bəybala bəy Qayıbov.
1918-ci ilin mart ayında bolşevik və daşnak silahlıdəstələri Quba qəzasına soxulduqda Quba ictimaiyyətinin üzvləri özünü müdafiə dəstələri yaratmışdılar.Bu özünü müdafə dəstələrinə Qubaictimaiyyyətinin və İttihad partiyasının üzvləri olan Qarabəy Qarabəyov, Həmdulla Əfəndizadə, Əhməd bəy Tirinc, Mehdi Ağayev, Əlibəy Zizinski, Səttar Əfəndiyev, Möhbəli Əfəndi,Çagaralı Hətəm Ağa,Əli Abbas bəy Əlibəyov.Şıxlar bəylərindən-Mürsəl bəy və İbrahim bəy, Bəybala bəy Alpanlı və başqaları rəhbərlik edirdilər.Bu şəxslərdən Xanbala bəyin,Hətəm Ağanın,Əbdürrəhim Əfəndinin,Əli bəyin xüsusi səyləri nəticəsində qadınlar və uşaqlar Tülkəran,Alıçərməki,Dərk,Qrız, Urva, Gedəzeyxur,Hill-Həzrə,Çağar kəndlərinə köçürülmüşdü.Bütün görülən tədbirlərə baxmayaraq Azərbaycan türklərini soyqırımdan xilas etməkmümkün olmamışdı.
Adı çəkilən “cəza dəstəsi”nin vəhşiliklərinə sübut kimi Quba şəhərini yoxlama-baxış protokolu, zərəridə kənd və icmaların tərtib etdikləri aktlardaməhkəmə işinə əlavə olunmuşdu.
Yuxarıda deyilənləri əsas götürərək Amazaspın “Cəza dəstəsi” tərəfindən Quba şəhəri və Quba qəzasının 122 kəndinin tar-mar edilməsi əlaqədar Amazasp Srvandzyanonun köməkçisi Nikolay, komissar Venunts, eləcə də Arutyun Ayrepetov, dəllək Cavad, Avakovlar, Əmircanovlar və başqaları barəsində Qanunnamənin 13, 129, 927, 1633, 1634, 1453 və 1607-ci maddələri ilə cinayət işi qaldırılmasını təklif edirəm.
Keçmiş komissarlar Şaumyan və Karqanovun ölümləri nəzərə alınaraq onlar haqqında cinayət işi qaldırılmasın.
Komissiyanın üzvü: Məhkəmə tədqiqatçısı A.Novatski
Quba soyqırımı zamanı qeyd olunub ki,həmin dövrdə təkcə Quba qəzasında 16 782 nəfər öldürülüb,122 kənd yerlə yeksan edilib.Quba şəhərində 259 ev yandırılıb,1800 nəfər azyaşlı soyqırımın qurbanı olub.
Qırğınlar
Bakıda mart hadisəsini törədən və şərqi Azərbaycanı tamamilə dəmir və atəşdən keçirən bolşevik və daşnaklar qərbdə də sakit oturmadılar. Bakıdakı bolşevizm hərəkatı Rusiya bolşevizminin bir qolu idi.Bakıda öz sıralarında əsas etibarı iləo, rus fəhlələrini, qulluqçularını, əsgərləri və dənizçiləri, habelə gürcü və erməniləri birləşdirirdi.
Oktyabr inqilabına qədər bu hərəkatın elə bir əhəmiyyəti yox idi,lakin Lenin və onun silahdaşları Rusiya paytaxtının ağası olduqdan sonra Bakı bolşevikləri də onların timsalında özlərinə arxa tapdılar.Onlar hamını, xüsusən də ordudan qayıtmış əsgərləri öz işlərinə cəlb etməyə çalışırdılar. Bu rus ordusunda tam nizamsızlıq və anarxiya başladığı dövrə təsadüf edir.Tiflis və Bakının bolşevik təşkilatları Qafqaz və İran cəbhəsindən qayıdan əsgər kütlələrindən öz sıralarını doldurmaq üçün istifadə edirdilər.Onlar silahları ələ keçirir,yerli sakinləri soyub-talayır,gücləri çatan hər şeyi daşıyıb aparırdılar.Beləliklə,qısa müddət ərzində Bakı bolşevikləri çoxlu silah,patron,pulemyot,zirehli maşın,minik maşını,təyyarə,hərbi gəmi ələ keçirdilər.O zamanlar Rusiyada olduğu kimi,Zaqafqaziyada da tam özbaşınalıq hökm sürürdü.Cəbhədən dönən əsgərlər heç bir hakimiyyət tanımır,bolşevik təbliğatı üçün işləyirdilər.
İrəvan vilayətinin bütün kəndləri Andronik,Dro və sair sərkərdələr tərəfindən yer ilə yeksan və əhalisi məhv edildi. Bu qırğından qurtulanların hamısı Gəncə quberniyasına (1918-ci ilədək Yelizavetpol quberniyası) köç etdilər. İrəvan hadisəsi seymin 5, 7, 19, 20 fevral iclaslarında böyük gurultulara səbəb olmaqla İrəvana heyətlər göndərildi. Bu heyət təhqiqat apararaq qayıtdı vəİrəvanvilayətində 211 kəndin məhv və 100 minə qədər əhalisinin məhv edildiyini isbat etdilər. Seym tərəfindən mühacirlər üçün 15 milyon manat yardım təyin edildi isə də, 3 milyonu verildi və biçarələrin ehtiyacları tamamilədəf edilmədi. Beləcə, İrəvan vilayətində 100 minə qədər müsəlmanvə türklərin məhv edilməsinə səbəbolan soyqırım baş verdi.
Seymin gücsüzlüyü
Zaqafqaziya Seymi yeni dövlət-ölkənin inzibati idarə olunması işində Azərbaycan türklərinə qarşı soyqırımı durdurmaq işində özünü doğrulda bilmədi. Zaqafqaziyanın bütün hadisələrində mənafelərin və vətəndaşların hüquqlarının müdafiə edilməsi vəzifəsinin öhdəsindən gələ bilmədi. Seymin nümayəndələri milli maraqları və siyasi partiyaları regionun ümumi mənafeyinə tabe etdirməkdə bacarıqsız və səlahiyyətsiz olduqlarını göstərdilər. Bu da, seymin özü də daxil olmaqla seymə olan inamı sarsıtdı.
Azərbaycan türkləri öz etiraz səslərini daha ucadan bildirdilər,çünki seymin təşkili ilə onların başına gətirilən soyqırımlar və müsibətlər bir-birini tamamlayırdı. İrəvan vilayətinin bəzi hissələrində yaşayan Azərbaycan türkləri erməni ordusunun girovuna çevrilmişdilər. Ordu müsəlmanlar yaşayan bütöv bir ərazidə adamları kütləvi surətdə qırır, qocalara, qadınlara, uşaqlara beləcə amansızcasına divan tutur,yüzlərlə Azərbaycan kəndlərini yandırıb yerlə yeksan edirdi.
Seymin Azərbaycan türklərindən olan deputatları bolşevik və daşnak soyqırımına qarşı etiraz səslərinin qulaq ardına vurulduğunu görərək bu vəhşiliklərin qarşısını almaq üçün heç bir ciddi təşəbbüs göstərə bilmirdi. Bolşeviklərin Bakını işğal etdiyi və böyük bir ərazini öz əllərində saxladıqları bir şəraitdə Seym nümayəndələrinin mövqeyi regiondakı ümumi vəziyyətlə bir araya sığışmırdı.
Seymin Azərbaycan türklərindən olan deputatları Bakının və onun rayonlarına kömək üçün əllərindən gələni etdilər, lakin hökumət üzvlərinin əksəriyyəti ya özlərini eşitməməzliyə vurur, ya da təmtaraqlı çıxışlarla kifayətlənirdilər.
Əlbəttə, hökumətin zəifliyi onun bunu istəyib-istəməməsindən asılı olmayaraq Zaqafqaziya Demokratik Federativ Respublkasının mövcudluğunu qeyri-mümkün etdi. Respublika hüdudlarından kənarda baş verən gözlənilməz hadisələr də burada öz rolunu oynadı. Beləliklə, Zaqafqaziya Demokratik Federativ Respublikası parçalandı.Gürcüstan federasiyanın tərkibindən birinci çıxdı və 1918-ci il mayın 26-da Gürcüstan Respublikası yaratdı. Bundan sonra Zaqafqaziya sərhədləri daxilindəmay ayının 28-də Azərbaycan və Ermənistan Respublikaları təşəkkül tapdı.
Son
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта