RU

Stolüstü tennisçilərimiz beynəlxalq turnirə qatıldılar

Azərbaycanın stolüstü tennisçiləri Özbəkistanda keçirilən beynəlxalq yarışa qatılıblar.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Yaxında Daşkənddə təşkil olunan "WTT Youth Contender" turnirində bir gümüş, iki bürünc mükafat qazanan komandanın növbəti sınağı Andijan şəhərində olacaq. Burada Özbəkistanın məşhur stolüstü tennisçisi Rafik Şiriyevin xatirəsinə həsr edilən turnirdə 10 idmançımız bacarığını göstərəcək.

Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim 3 yaş qrupu üzrə keçirilən yarışda mübarizə aparacaqlar.

Beynəlxalq turnirə mayın 21-də yekun vurulacaq.

Избранный
4
6
fanat.az

8Источники