RU

Su nümunələri laboratoriyada hansı mərhələlərdən keçir? AÇIQLAMA

Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində nümunələrin qəbulu ISO 17025 standartının tələblərinə uyğun prosedurlar əsasında həyata keçirilir”.

Adalet.az xəbər verir ki, bu barədə “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji müayinələr laboratoriyasının həkim-laborantı Lalə Şirinova məlumat verib.

Onun sözlərinə görə, laboratoriyaya təqdim olunan hər bir nümunə ilə birlikdə göndəriş vərəqəsi də daxil olur:

“Göndəriş vərəqəsində nümunənin mənbəyi, götürülmə vaxtı, növü və analizin məqsədi qeyd edilir. Hər bir nümunə müəyyən olunmuş təlimatlara uyğun qəbul olunur. Qəbul şöbəsində nümunələrin qeydiyyatı və çeşidlənməsi həyata keçirilir. Eyni zamanda, qablaşdırmanın bütövlüyü, mayenin kifayət qədər olması və nümunənin uyğun konteynerdə saxlanılması kimi ilkin yoxlamalar aparılır. Daha sonra nümunələr analiz növünə uyğun şəraitdə saxlanılır və ISO 17025 üzrə akkreditə olunmuş laboratoriyanın ixtisaslaşmış bölmələrinə yönləndirilir”.

Lalə Şirinova qeyd edib ki, laboratoriyanın fəaliyyətində ISO 17025 standartına uyğunluq xüsusi əhəmiyyət daşıyır:

“Laboratoriyada xüsusi hazırlıq keçmiş mütəxəssislər tərəfindən müasir avadanlıqlardan istifadə olunmaqla genişspektrli müayinələr aparılır. Müayinələr zamanı suyun tərkibində insan sağlamlığı üçün təhlükə yarada biləcək kimyəvi maddələrin, mikroorqanizmlərin və digər risk faktorlarının olub-olmaması dəqiqliklə araşdırılır”.

Onun sözlərinə görə, müayinələr adətən 1–5 iş günü ərzində yekunlaşdırılır və nəticələr aidiyyəti qurumlara təqdim olunur:

“Əlavə və ya təkrar analizlərə ehtiyac yarandıqda müayinələrin müddəti uzadıla bilər. Bu halda nəticələr əlavə araşdırmalar tamamlandıqdan sonra təqdim edilir. Analizlər başa çatdıqdan sonra əldə olunan nəticələr təhlil olunur, rəsmi qaydada sənədləşdirilir və aidiyyəti üzrə göndərilir”.

Lalə Şirinova vurğulayıb ki, su nümunələrinin nəticələri qeyri-qənaətbəxş olduqda bu barədə dərhal aidiyyəti qurumlara məlumat verilir və problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür:

“Zərurət yarandıqda, əhalinin sağlamlığının qorunması məqsədilə problem tam aradan qaldırılanadək həmin suyun şəbəkəyə verilməsi müvəqqəti dayandırıla bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
4
adalet.az

5Источники