RU

Azərbaycanın stolüstü tennisçiləri Özbəkistanda növbəti beynəlxalq yarışa qatılıblar

Azərbaycanın stolüstü tennisçiləri Özbəkistanda keçirilən daha bir beynəlxalq yarışa qatılıblar.

SİA xəbər verir ki, Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində bir gümüş, iki bürünc mükafata layiq görülən komandanın növbəti sınağı Andijan şəhərindədir. Burada Özbəkistanın məşhur stolüstü tennisçisi Rafik Şiriyevin xatirəsinə həsr olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək.

Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim 3 yaş qrupunda keçirilən yarışda mübarizə aparacaqlar.

Beynəlxalq turnirə mayın 21-də yekun vurulacaq.

Избранный
5
6
sia.az

8Источники