Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın Antikorrupsiya Komitəsinin rəhbəri Anastasiya Radina məlumat verib. O bildirib ki, Baş nazir Yuliya Sviridenko rəhbərliyindəki hökumət "əsas avrointeqrasiya vədlərinə məhəl qoymayıb".
Radinanın sözlərinə görə, Nazirlər Kabinetinin təqdim etdiyi strategiya layihəsində nə baş prokurorun təyinatı üzrə islahatlar, nə də Dövlət İstintaq Bürosunun rəhbərinin müstəqil müsabiqə yolu ilə seçilməsi ilə bağlı müddəalar yer alıb. O əlavə edib ki, hökumət SAP-a baş prokurorun razılığı olmadan prosessual hərəkətlər həyata keçirmək səlahiyyəti verilməsini də sənəddən çıxarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31