RU

Maaş artımı ilə bağlı yeni qərar kimlərə şamil olunacaq?

Azərbaycanda əməkhaqları ilə bağlı yeni müzakirələr yenidən gündəmə gəlib. 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Sazişdə bəzi sahələrdə çalışan işçilərin maaşlarının artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi qeyd olunub. Xüsusilə mənzil-kommunal təsərrüfatı sahəsində çalışanların əməkhaqlarının ölkə üzrə orta aylıq maaş səviyyəsinə yaxınlaşdırılması diqqət çəkən məqamlardan biridir. Bununla yanaşı, ərzaq və qeyri-ərzaq məhsullarına dövlət nəzarətinin gücləndirilməsi də sənəddə əksini tapıb.
 
Moderator.az xəbər verir ki, Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda bu məsələ ilə bağlı konkret fikir söyləmək çətindir:
 
“Bu tip məlumatlar əvvəlcədən ictimaiyyətə açıqlansa da, yekun qərarlar sonradan Nazirlər Kabineti tərəfindən verilir və hansı sahələri əhatə edəcəyini indidən demək mümkün deyil. Əgər hər hansı işçi minimum əməkhaqqından aşağı maaş alırsa, bu artıq qanun pozuntusu hesab olunur. Ümumilikdə isə Azərbaycanda əməkhaqlarının aşağı olduğu, xüsusilə bəzi sahələrdə insanların aldığı maaşların gündəlik tələbatları tam qarşılamaq üçün yetərli deyil. Eyni vəziyyət təqaüdlərlə bağlı da müşahidə olunur. Bu səbəbdən həm minimum əməkhaqqının, həm də təqaüdlərin artırılmasına ciddi ehtiyac var. Maaş artımları yalnız müəyyən sahələri deyil, daha geniş istiqamətləri əhatə etməlidir. Xüsusilə büdcə təşkilatlarında çalışan şəxslərin əməkhaqlarının yüksək deyil. Dövlət qulluğu ilə müqayisədə digər sahələrdə çalışanların maddi vəziyyəti daha çətindir. Sosial rifahın yaxşılaşdırılması üçün maaş və təqaüdlərin artırılması yalnız iqtisadi məsələ deyil, həm də insanların həyat keyfiyyətinə birbaşa təsir edən vacib amildir”.
Избранный
16
16
moderator.az

10Источники