"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının xidmətinin bərpası ilə bağlı məlumat yayıb.
ADY-dən Manset.az-a verilən məlumata görə, sərnişin qatarlarının fəaliyyəti 26 may 2026-cı il tarixindən bərpa olunacaq.
"Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommunikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq". - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin mart ayında COVID-19 pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar dayandırılıb.