RU

Azad edilmiş ərazilərə xarici investorların nə zamandan investisiya yatıra biləcəyi məlum olub

Azad edilmiş ərazilərə xarici investorların nə zamandan investisiya yatıra biləcəyi məlum olub.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, hələlik Şuşa şəhərinə birbaşa xarici yatırım edilməyib: “Ancaq hazırlanan investisiya layihələrində xarici investorları görmək istərdik. Daha əvvəl də qeyd etdiyim kimi, turizm layihələrinin və infrastruktur obyektlərinin yaradılması istiqamətində xarici məsləhətçilərlə geniş iş aparılır. Hazırda Şuşada müasir turizm və sanatoriya-kurort mərkəzlərinin, dünya səviyyəli istirahət məkanlarının yaradılması üçün xüsusi layihələr hazırlanır. Hesab edirəm ki, bu layihələr hazır olduqdan sonra xarici investorlar da qısa zamanda Şuşaya investisiya yatıracaqlar".

Избранный
21
3
apa.az

4Источники