RU

Anjela Makeyeva: İrpenə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edirik 

Azərbaycan ilə Ukrayna arasında münasibətlər yüksək səviyyədədir və Bakı İrpen şəhərinə daim humanitar dəstək göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ukraynanın İrpen Şəhər Şurasının rəhbəri, şəhər meri vəzifəsini icra edən Anjela Makeyeva WUF13-də Ukraynanın milli pavilyonunda deyib.

Anjela Makeyeva bildirib ki, Azərbaycan İrpen üçün xüsusi ölkədir: “İrpenin Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhər əlaqələri var. Laçın da bizim kimi işğal və hərbi əməliyyatlar yaşayıb, hazırda yenidən qurulur və sakinlər öz evlərinə qayıdırlar. Buna görə bu dostluq bizim üçün çox önəmlidir”.

Şəhər rəhbəri Azərbaycanın İrpenə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib. “İrpen ilə Azərbaycan arasında münasibətlər uzun illərə söykənir. İrpendə Zərifə Əliyevanın adını daşıyan küçə, park, abidə və məktəb mövcuddur. Zərifə Əliyeva adına məktəb Azərbaycan hökumətinin və SOCAR-ın dəstəyi ilə ilk bərpa olunan təhsil müəssisələrindən biri olub. Buna görə minnətdarıq”, - deyə Anjela Makeyeva əlavə edib.

Anjela Makeyeva vurğulayıb ki, İrpen sakinləri Azərbaycan xalqını doğma və qardaş xalq hesab edirlər.

Избранный
9
5
azerbaijan-news.az

6Источники