RU

Azərbaycan WUF13-lə qlobal nüfuzunu daha da gücləndirir - Bəxtiyar Əsgərov

World Urban Forum 13 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və təşkilatçılıq imkanlarının növbəti göstəricisidir. 182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı forum COP29-dan sonra ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbirlərdən biri hesab olunur.

“İki sahil” xəbər verir ki, bu fikirləri Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bildirib.

O bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın forumda iştirakı tədbirin əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyev çıxışında WUF13-ün şəhərsalma, davamlı inkişaf və müasir urbanizasiya sahəsində vacib beynəlxalq platforma olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanın tarixi memarlıq irsini qorumaqla yanaşı, müasir şəhərsalma modelini də uğurla inkişaf etdirdiyini qeyd edib.

Bəxtiyar Əsgərovun sözlərinə görə, çıxış zamanı Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə də xüsusi diqqət ayrılıb. Prezident işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin yenidən qurulduğunu, “Böyük Qayıdış” proqramının uğurla davam etdiyini bildirib. Həmçinin Bakıda həyata keçirilən ekoloji yenilənmə, yeni parkların salınması, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və yeni yaşayış layihələri barədə məlumat verilib.

Açıqlamada qeyd olunub ki, Azərbaycanın dayanıqlı inkişaf, rəqəmsallaşma və yaşıl enerji siyasəti forum iştirakçıları tərəfindən maraqla qarşılanır. Tədbir çərçivəsində müxtəlif ölkələrdən gələn nümayəndələr, beynəlxalq təşkilat rəhbərləri və ekspertlər Azərbaycanın həyata keçirdiyi layihələrlə yaxından tanış olurlar.

Bəxtiyar Əsgərov bildirib ki, belə beynəlxalq platformalar Azərbaycanın dünyadakı mövqeyinin möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir.

Избранный
60
2
ikisahil.az

3Источники