RU

Aydın Kərimov: Şuşada Zəfər Muzeyinin tikintisinə başlanılması planlaşdırılır

Bakı, 19 may, AZƏRTAC

Şuşa şəhərində üç yeni yaşayış kompleksinin inşası həyata keçirilir. Komplekslərin təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Ümumilikdə 43 binadan və 900-ə yaxın mənzildən ibarət olan yaşayış komplekslərinin gələn ilin birinci və ikinci rüblərində istismara verilməsi nəzərdə tutulur. Bununla da gələn ildə əhalinin Şuşaya köçürülməsi həyata keçiriləcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.

Aydın Kərimov qeyd edib ki, şəhərdə sosial infrastruktur layihələrinin icrası da davam etdirilir.

Şuşada yeni uşaq bağçasının və Zəfər Muzeyinin tikintisinə başlanılmasının planlaşdırıldığını diqqətə çatdıran xüsusi nümayəndə deyib: “Eyni zamanda, yeni məsciddə tikinti işləri davam edir və obyektin bu ilin sonu, gələn ilin əvvəllərində istifadəyə verilməsi gözlənilir. Bununla yanaşı, şəhərdə turizm infrastrukturunun inkişafı istiqamətində də işlər aparılır. Yaxın iki ay ərzində Şuşanın iki kəndində bərpa işlərinin başa çatdırılmasından sonra həmin ərazilərə də əhali köçürüləcək”.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - Elşad Mirzə
Videoperator - Şövqi Əzizov
Избранный
8
3
azertag.az

4Источники