RU

Rusiya və Çin Xəzər dəhlizi açır: İran və Pakistanadək uzanan yol regiona nə verəcək?

Rusiyanın Xəzər dənizi boyunca iri avtomobil dəhlizinin tikintisi və maliyyələşdirilməsi ilə bağlı Çinlə danışıqlar apardığı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya baş nazirinin müavini Marat Xusnullin danışıb.

Onun sözlərinə görə, layihənin Rusiyadan başlayaraq Qazaxıstan və Türkmənistan üzərindən İrana, daha sonra isə Əfqanıstan və Pakistana çıxışı nəzərdə tutulur.

Xusnullin bildirib ki, Rusiya hakimiyyəti nəqliyyat infrastrukturunu yalnız dövlət büdcəsi hesabına deyil, həm də xarici və özəl investisiyalar vasitəsilə inkişaf etdirmək niyyətindədir.

O qeyd edib ki, hazırda Rusiyada Nəqliyyat Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi tərəfindən müsbət rəy almış təxminən 20 nəqliyyat layihəsi seçilib.

Избранный
26
publika.az

1Источники