ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Futzal üzrə Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb.
Futbolpress.az xəbər verir ki, mövsümün yekun görüşünü beynəlxalq dərəcəli hakimlər idarə edəcək. Qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 16:00-da başlayacaq və zala giriş biletsiz olacaq.
Araz-Naxçıvan – Neftçi İK
21 may. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev
Ehtiyat hakim: İmran Məhərrəmov
Hakim-inspektor: Əfqan Həmzəyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.