RU

Hüzura və böyük xoşbəxtliyə qovuşacaq 3 bürc

Astroloqlara görə bəzi bürclər üzərindəki bu ağır enerjilər tamamilə dağılacaq. Şans və daxili hüzur planetlərinin dəstəyi ilə həyatlarında sakitlik, sevgi və xoşbəxtlik dövrü başlayacaq.

Bizim.Media xəbər verir ki, hüzura qovuşacaq həmin şanslı bürclər bunlardır:

Xərçəng

Xərçəng bürcləri üçün son aylar emosional baxımdan kifayət qədər dalğalı keçib. Lakin astroloqlar müjdə verir: yaxın günlərdən etibarən evinizə və daxili dünyanıza böyük bir hüzur gəlir. Ailə daxilindəki bütün anlaşılmazlıqlar geridə qalacaq, münasibətlər yenidən istiləşəcək.

Əgər uzun zamandır həllini tapmayan mənzil və ya köç məsələləriniz varsa, bu dövrdə hər şey sizin xeyrinizə həll olunacaq.

Tərəzi

Həyatında həmişə tarazlıq axtaran Tərəzilər nəhayət ki, həmin balansı tapırlar. İş və şəxsi həyatınız arasındakı gərginlik tamamilə yox olur. Astroloqların proqnozlarına görə, Tərəzilər həm emosional, həm də fiziki olaraq özlərini çox enerjili və xoşbəxt hiss edəcəklər. Subay Tərəzilər üçün həyatlarına hüzur və sevgi qatacaq doğru insanın gəlişi an məsələsidir.

Balıqlar

Balıqlar üçün dumanlı və qeyri-müəyyən dövr başa çatır. Üzərinizdəki o qəribə bədbinlik və yorğunluq hissi yaxın günlərdə sizi tərk edəcək. Planetlərin müsbət təsiri sayəsində uzun müddətdir ürəyinizdə gəzdirdiyiniz böyük bir arzunun reallaşacağına şahid olacaqsınız. Ruhən dincələcəyiniz, özünüzü güvəndə və xoşbəxt hiss edəcəyiniz bir dönəmə addım atırsınız.

Bizim.Media

Избранный
17
2
bizim.media

3Источники