RU

17 may imtahanının nəticələri ləğv olunacaq? - DİM-dən AÇIQLAMA

Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi 14 iyun 2026-cı il tarixində təkrar keçiriləcək.
 
Moderator.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
 
Məlumata görə, 17 may imtahanının nəticələri ləğv olunmayacaq, qüvvədə qalacaq.
 
Qeyd edilib ki, bakalavrlar ixtisas seçimi zamanı 15.02.2026 tarixli I cəhd, 17.05.2026 tarixli II cəhd və 14.06.2026 tarixli təkrar imtahanda əldə etdikləri ən yüksək nəticədən istifadə etməlidirlər.
 
Xatırladaq ki, imtahanda iştirak etmək istəyən bakalavrlar 21-23 may tarixlərində DİM-in saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.
 
Избранный
2
6
moderator.az

7Источники