RU

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 may, AZƏRTAC

Səksən beş mindən çox azərbaycanlı Qarabağ və Şərqi Zəngəzur bölgələrinə geri qayıdaraq, hazırda bu ərazilərdə yaşayır, işləyir, təhsil alır və özlərinə yeni həyat qurur. Hər bir insanın mənzil hüququna malik olması və bu bölgələrin yenidən qurulması prosesi sürətlə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Qlobal mərkəz koalisiyalarında mənzil" adlı panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan həm digər ölkələrin qabaqcıl təcrübələrindən öyrənməyə, həm də özünün postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı unikal təcrübəni, eləcə də qarşılaşdığı çətinlikləri beynəlxalq ictimaiyyətlə bölüşməyə tam hazırdır. Məhz bu düşüncə ilə ölkəmiz Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək üçün ən uyğun məkanlardan biridir.

“Dünyanın müxtəlif nöqtələrində, o cümlədən bizim regionda yeni müharibələrin və münaqişələrin alovlandığı, şəhərlərin və insan məskənlərinin gözümüzün qarşısında dağıldığı bir dövrdə Azərbaycan bəşəriyyət üçün fəlakətli olan bu cür şəraitdə həm öyrənməyə, həm də öz reallıqlarını və təcrübəsini dünya ilə bölüşməyə hazırdır", - deyə Prezidentin köməkçisi diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
10
azertag.az

10Источники