RU

Viktor Vembanyama NBA-da yarıməsrlik rekordu yeniləyib

"San-Antonio"nun basketbolçusu Viktor Vembanyama NBA-da yarıməsrlik rekordu qırıb.

"Report" "ESPN Insights"a istinadən xəbər verir ki, basketbolçu bunu Qərb konfransının finalında "Oklahoma"ya qarşı keçirilən ilk matçda (122:115) reallaşdırıb.

22 yaş 134 günlüyündə olan fransalı basketbolçu NBA-nın pley-off mərhələsində bir oyunda 40 xal və 20 ribaund həddini keçən ən gənc oyunçu olub. Əvvəlki rekord 22 yaş 352 günlüyündə bu uğura imza atmış Kərim Əbdül-Cabbara məxsus idi.

V.Vembanyama həmçinin NBA tarixində konfrans finalı və ya daha sonrakı mərhələlərdə bu göstəriciyə imza atan 7-ci basketbolçu olub.

Избранный
34
2
far.az

3Источники